15 May 2018 12:05
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir".

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının 30-cu iclasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktları azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına və işğal olunmuş ərazilərdə etnik təmizləmələrin aparılmasına gətirib çıxarıb.

X.Xələfov vurğulayıb ki, bu işğal amili qaçqın və məcburi köçkünlərin hüquqlarını həyata keçirməsinə imkanı vermir, beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır.


Müəllif: Teleqraf.com