Serj Sərkisyana öz hakimiyyətini saxta yolla uzatmağa imkan verilməməsi, onun hakimiyyətdən uzaqlaşdırılması təbii ki, pozitiv hadisə idi.
Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Lakin partiya başqanı bundan sonrakı proseslərin Ermənistanda müsbət inkişafa gətirib çıxaracağını istisna edir:
“Belə görünür ki, Ermənistanda pozitiv dəyişikliklər olmayacaq. Paşinyanın işğalçı siyasətin davam edəcəyini bəyan etməsi, bütün dünyada diktator rejimlərinin dayağı olan Putinin himayəsinə sığınması göstərir ki, Ermənistan bundan sonra da kölə olaraq qalacaq. Miskin “Böyük Ermənistan” və “genosid” ideologiyasını davam etdirərək, inkişafdan qalacaqlar”.