15 May 2018 19:56
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.

Teleqraf.com xəbər verir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.

ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib.

Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu bildirib.

Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.


Müəllif: Teleqraf.com