16 May 2018 17:40
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqda, Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) silsilə tədbirlərə start verilib.

Teleqraf.com xəbər verir ki, ilk tədbir Luksemburqdakı Qarabağ mədəniyyət mərkəzində baş tutub. Diplomatik korpusun, yerli diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycanın Belçika və Luksemburqdakı səfiri Fuad Isgəndərov açıq elan edib. O, AXC-nin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ilham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolundan, ölkənin neft strategiyasından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu günki durumu, inkişaf yolu, ölkənin milli brendi SOCAR barədə məlumat verib.

Gənc fəal, tədbirin təşkilatçılarından olan Aydın Əhmədov isə çıxışında Azərbaycanda turizmin inkişafından, ölkənin turizm potensialından söhbət açıb. O, diqqətə çatdırıb ki,son dövrlərdə Azərbaycana turizm axının güclənməsi birbaşa bu sahədə aparılan islahatların nəticəsidir.

Qeyd edək ki, mayın 15-də Lüksemburqda start götürmüş tədbirlər bu gün Strasburqda davam etdirilib, mayın 18-də isə Cenevrədə təşkil olunacaq.


Müəllif: İlhamə