17 May 2018 09:42
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İsrail və Fələstin arasındakı Qüds məsələsinin beynəlxalq hüquq normaları və qarşılıqlı anlaşma çərçivəsində həllinə tərəfdardır.

Bunu Teleqraf.com-a keçmiş deputat, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O hesab edir ki, Azərbaycanın məsələyə yanaşması beynəlxalq hüquq normaları çərçivəsindən kənarda deyil:

“Qüds həm Fələstinin, həm də İsrailin şəhəridir. Bununla bağlı Azərbaycan dövləti dəfələrlə öz fikirlərini bəyan edib. Düşünürəm ki, hər iki tərəf zorakı addımlar atmaqdan geri çəkilməlidir. Məsələnin dinc yolla həlli həm regionun, həm də bu iki dövlətin təhlükəsizliyi üçün daha ideal variantdır. Problemin BMT-nin qəbul etdiyi qətnamələrə uyğun olaraq həll edilməsi, maraqlar baxımından daha uyğun olardı.

Bu, uzun illərdir davam edən düşmən münasibətlərin başa çatmasına gətirib çıxarardı. Azərbaycan Qüdsü hər iki dövlətin şəhəri hesab edir. Azərbaycan Xarici İşlər nazirinin bundan əvvəlki bəyanatı da bu formada olmuşdu”.


Müəllif: Mənsur Rəğbətoğlu