17 May 16:51

Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsini Ermənistan – Azərbaycan münasibətlərindən ayırmaq cəhdləri, ən ağılasığmaz axmaqlıqdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Azərbaycan heç vaxt Ermənistan hakimiyyətinin bu təxribatını qəbul etməyəcək:

“Bu yanaşma absurd olduğu qədər də qeyri-ciddidir. Çünki Nikol Paşinyan bütün ermənilər kimi Dağlıq Qarabağın Azərbaycan üçün nə qədər həyati məsələ olduğunu bilməlidir. Əgər Qarabağ və digər ərazilər Ermənistan ordusunun işğalı altında qalırsa, onlar hansı münasibətlərdən danışa bilər? Azərbaycan bu missiyanı öz üzərinə götürməz. Paşinyan 25 ildir torpaqları işğal altında olan Azərbaycanı ciddiyə almamağa çalışır. Amma bu yalnış yanaşması ona baha başa gələ bilər. Dağlıq Qarabağ münaqişəsinin ikitərəfli münasibətlərə aidiyyatının olmadığını deyən şəxsin ya ağılı yoxdur, ya da bu məsələnin məsuliyyətini ciddi şəkildə başa düşə bilmir. Buna görə də, düşünürəm ki, Qarabağ məsələsini Ermənistan – Azərbaycan münasibətlərindən ayırmaq mümkün deyil. Çünki Azərbaycan məsələyə bu cür qeyri-ciddi yanaşmanı qəti şəkildə rədd edir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Загрузка...