17 May 2018 21:53
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox Avropa ölkəsi Dağlıq Qarabağda baş verənlər haqqında bilmək istəmir.

Bunu Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai "Euroactiv"ə müsahibəsində deyib.

N.Nikolai bildirib: "Dağlıq Qarabağdan olan məcburi köçkünlər Avropa Parlamentinə gəlib evlərini niyə tərk etdiklərinə aydınıq gətirməli idilər. Yadıma gəlir, onlar viza almaq üçün Fransanın Bakıdakı səfirliyinə müraciət edəndə əliboş qaytarıldılar. Hesab edirəm ki, burada erməni lobbisinin əli var idi. Erməni lobbisi böyük nüfuza malikdir. Təəssüf ki, bir çox Avropa ölkəsi hadisələrə erməni lobbisinin təsiri altında reaksiya verirlər və bu regionda baş verənləri bilmək istəmir".

N.Nikolai qeyd edib ki, Aİ Azərbaycanı dəstəkləməlidir.


Müəllif: Mənbə/Trend