18 May 2018 12:18
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki,, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxildir.

Deputatlar Hesablama Palatasının hesabatını müzakirə edəcəklər. Gündəliyə həmçinin"Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Dərman vasitələri haqqında" qanunlarına dəyişikliklər edilməsi barədə məsələlər daxildir.

Parlamentdə Əmək Məcəlləsinə dəyişiklik, "Ələt azad iqtisadi zonası haqqında" (üçüncü oxunuş) və "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi (ikinci oxunuş) də müzakirə olunacaq.

İclas başladıqdan sonra çıxış edən millət vəkili Fəzail İbrahimli bildirib ki, Avropa Şurasının Səməd Seyidovla bağlı qərarı təsadüfi deyil:

“Səməd Seyidov AŞPA-da gedən prosesləri dərindən bilən, öz çıxışlarında daima ikili standartlara cavab verən şəxslərdən biri olub. İnanıram ki, Azərbaycanın AŞ PA-dakı nümayəındə heyəti bundan sonra daha güclü fəaliyyət göstərəcək, öz sözünü deyəcək”.


Müəllif: Teleqraf.com