18 May 2018 13:00
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada müəyyən dairələr var və onlar müxtəlif vasitələrlə ölkəmizə təsir etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova deyib.

S.Qafarova əlavə edib ki, Avropa strukturunda bəlli dairələr Azərbaycanın imicini ləkələmək üçün şər-böhtana üstünlük verir:

“Biz, bu münasibəti AŞPA-da da görürük. Bir neçə gün əvvəl AŞPA-da bir neçə çəxsə, o cümlədən Səməd Seyidova qarşı qərar qəbul edilib. Bu, tamamilə siyasi qərardır və demokratik prinsipləri pozmaqla yanaşı, AŞPA-nın öz missiyasına ziddir”.

Professorun fikrincə, bu qərar AŞPA-da çirkin məqsədlərə nail olmaq istəyən siyasətçilərin olduğundan xəbər verir:
“Biz bunun dəfələrlə şahidi olmuşuq. Onlar Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq səsini dəstəkləyən insanlara qarşı da belə addımlar atır. Biz bu qərarla razı deyilik və onu ədalətsiz hesab edirik”.


Müəllif: Teleqraf.com