18 May 2018 13:09
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın son qərarı ilə bağlı müxtəlif çıxışlar oldu. Mən konkret təkliflərlə çıxış etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycan Milli Məclisi və ya parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanatla çıxış etməlidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.

F.Mustafa əlavə edib ki, Milli Məclisin bəyanatı iyulda keçiriləcək AŞPA sessiyasında səsləndirilməlidir:

“Həmin sənəd eyni zamanda AŞPA-da yayılmalıdır. Bundan başqa, qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi gəlir. İyul sessiyasında AŞPA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirə bilərik. Bu, onlara ən layiqli cavab olardı”.


Müəllif: Teleqraf.com