18 May 2018 13:43
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir ki, bəzi insanlar müxalifətə gəlir mənbəyi, dolanışıq yeri kimi baxırlar.

Bunu Teleqraf.com-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri qeyd edib ki, müxalifətə gəlir yeri kimi baxdıqları üçün bu insanlar arasında tez-tez qalmaqallar yaşanır:

“Bu, kənardan “Avropa bazarı” uğrunda savaşa oxşayır. Amma insanlar da çörəyi qulaqlarına yemirlər. İnternet resurslarının genişliyi imkan verir ki, onlar müzakirələrə qoşulsunlar. Hamı öz mövqeyini açıq formada bildirir, baş verənləri də görür. Buna görə də bilirik ki, dava nəyin davasıdır. Bu dava şəxsi maraqlar, yaxud, Avropanın hansısa dairələrinin ayırdığı pullar üzərində gedir. “Siyasi məhbus” adlandırdıqları insanların ailələrinə yardım da etmirlər. Bəs həmin dairələrdən ayrılan bu qədər pullar hara gedir? Əlbəttə, heç kəsə sirr deyil ki, bu, Avropada nüfuz davasıdır. Kim güclü olacaqsa, Avropadan ayrılacaq qrantlara nəzarəti ələ alacaq. Amma müxalifətdə hamı qrant işinə qarışmır. Bu işlə bəlli bir kəsim məşğul olur. Onlar bunu özlərinə peşəyə çeviriblər. Əlbəttə, pul davasının belə iyrənc formada ortaya çıxması mübarizənin əleyhinədir”.


Müəllif: Mənsur Rəğbətoğlu