18 May 2018 14:10
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi vacibdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Hesablama Palatası haqqında qanunun müzakirələri zamanı çıxışında deyib.

Millət vəkili onu da vurğulayıb ki, dövlət borclarının götürülməsi zaman Hesablama Palatasının rəy verməsinə ehtiyac var:

“Palata həmin fondun, səhmdar cəmiyyətin maliyyə vəziyyətini yoxlamalıdır ki, onlar vəsaiti geri qaytara biləcək ya yox. Bunun əsasında da büdcəni bölüşdürən orqan kimi Milli Məclisin də qərarı olmaldır. Bəzən səhmdar cəmiyyətlər borcu götürür, ödəyə bilmir, biz məcbur olub yenidən büdcədən əlavə vəsait ayırmalı oluruq”.

Millət vəkili qanunun 11.3-cü maddəsində Hesablama Palatasının üzvləri ilə bağlı məsələyə də yenidən baxılmasını tövsiyə edib:

“Qanuna görə Palata üzvləri sədr, müavinləri və 7 auditordan ibarətdir. Bu 9 nəfərin 3-ü hakim, 3-ü bitərəf, 3 nəfər azlıqda qalan partiyalardan olmalıdır. Bir çox ölkələrdə büdcəyə nəzarət komitəsi var və onlarda nəzarət mezanizmi bu cür idarə edilir”.


Müəllif: Nemət