18 May 2018 15:37
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında müharibə riski həmişə yüksək olub.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspert qeyd edib ki, Azərbaycan əraziləri işğaldan azad edilməyənədək Qarabağda hərbi əməliyyatların başlanması məsələsi gündəmdə olacaq:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, danışıqlar nəticə verməsə, alternativ variantlar nəzərdən keçiriləcək. Baş nazir Nikol Paşinyanın Azərbaycana yönəlmiş sərt ritorikasına gəlincə, hesab edirəm ki, Ermənistanda hakimiyyətin başında kimin dayanmasından asılı olmayaraq, erməni hakimiyyətinin Qarabağ münaqişəsinə baxışları dəyişmir. Ermənistanda hakimiyyət dəyişikliyinə yox, siyasi ideyanın dəyişməsinə ehtiyac var. Buna görə də, Paşinyanın Qarabağ məsələsinə yanaşmasında Serj Sərkisyandan heç bir fərq görmürəm. Çünki Ermənistandakı bütün hakimiyyətlərin əsas ideyası Dağlıq Qarabağın Azərbaycandan qoparılmasıyla bağlıdır.

Buna görə də prezident İlham Əliyev Naxçıvanda olarkən işğalçı tərəfə öz mesajını göndərdi. Hesab etmək olar ki, növbəti müharibə Ermənistana baha başa gələcək və bu, ölkə daxilində ciddi dağıntılara gətirib çıxaracaq. Bu, Ermənistan daxilindəki siyasi kataklizmləri daha da sürətləndirəcək.

Başqa sözlə, müharibənin başlanması ehtimalı yüksəkdir və nəticəsiz danışıqlar davam etdikcə gündəmdə olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu