21 May 2018 16:24
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Araz Aslanlı Türkiyənin Ankara şəhərində keçirilən 2 nüfuzlu elmi tədbirdə məruzə ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, A.Aslanlı əvvəlcə Türkiyənin Orta Doğu Texnik Universitetinin Qara dəniz və Orta Asiya ölkələri Araşdırma Mərkəzinin təşkil etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində Azərbaycan və Türkiyə” adlı beynəlxalq konfransa qatılıb. O, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin dekanı Elnur Soltanov, ADA Universitetinin müəllimi Anar Vəliyev, Orta Doğu Texnik Universitetinin prorektoru Fatma Dilek Şahin, ODTÜ-nün professorları Ayşə Ayata, Ayça Ərgün, Zana Çitak və TÜRKSAM-ın baş katibi Gəncəhan Babiş də məruzə ilə çıxış ediblər. Məruzələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

A.Aslanlı, həmçinin Hacettepe Universitetinin Beynəlxalq Tələbə Koordinatorluğunun təşkil etdiyi “Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ problemi” adlı beynəlxalq seminarda məruzə ilə çıxış edib.


Müəllif: Səxavət