21 May 2018 16:51
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.

İclasda müzakirəyə çıxarılan məsələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar tədbirlər planı ilə bağlı olub.

İdarə Heyəti üzvlərinə bu istiqamətdə görülən işlər və həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verilib.


Müəllif: Cavad