22 May 2018 21:36
3 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanla Rusiya arasında buzlar əriməyə başlayır. Keçmiş baş nazir Bidzina İvanaşvilinin Gürcü Arzusu Partiyası növbəti seçkilərdə Rusyadan dəstək almaqda israrlı görünür.

Bunu Teleqraf.com-a “Qafqazda Təhlükəsizlik” İnstitunun direktoru, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, İvanişvilinin bu addımı Gürcüstanın suverenliyini zərbə altında qoyacaq: “Tiflis Moskva ilə Rusiya və Gürcüstan arasında gömrük məntəqələrinin açılması, separatçı Abxaziya və Cənubi Osetiyadan keçəcək dəmir yolu xəttinin açılması istiqamətində danışıqlar aparır. Bu xəttin açılması Ermənistandakı hərbi bazalarının təchizatı baxımından Rusiyanın maraqlarına uyğundur.

Bununla Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərinə hərbi texnikanın daşınması asanlaşacaq. Bu, həmçinin Ermənistanın blokadadan çıxmasına zəmin yaradır.

Əgər Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına baxmayaraq, Rusiya ilə belə bir separat danışığa gedirsə, Azərbaycan Gürcüstandankı investisiyalarını geri çəkməlidir. Əlbəttə, gürcü hakimiyyət öz suverenliyini zərbə altında qoyursa, Azərbaycanın da maraqlarını nəzərə almayacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, mayın 24-də Çexiyada Rusiya və Gürcüstanın rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti görüş keçiriləcək: “Bu görüşdə tərəflər razılığa gəlib müqavilə imzalasalar, Gürcüstan hakimiyyəti Azərbayacana qarşı xəyanətə imza atacaq. Ermənistanın blokadadan çıxması, Qarabağ danışıqlarının dayanmasına gətirib çıxara bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu