22 May 2018 21:25
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) - Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

M.Məmməd-Quliyev bildirib: "Ötən il başlayan danışıqlar üç əsas istiqamətdə - siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələlər üzrə uğurla davam edir"

Nazir müavininin sözlərinə görə, növbəti görüşdə siyasi məsələlər müzakirə olunacaq.

Danışıqların sonuncu mərhələsi may ayının əvvəlində baş tutub.


Müəllif: Teleqraf.com