24 May 2018 14:09
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Azərbaycan prezidentinin əfv sərəncamı imzalayacağını gözləyirik. Çoxsaylı ailələrin bu sərəncamla sevinməsi yaxşı hadisə olacaq.

Bu fikirləri Teleqraf.com-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi Azərbaycanın imicinə problem yaradan şəxslərin azadlığa çıxacağını gözlədiyini bildirib:

“Bu insanlar nə Avropa Şurasının, nə də Avropa İttifaqının təkidi ilə azadlığa çıxacaq. Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayaq. Hesab edirik ki, bu insanlar Respublika Gününü ailələri ilə keçirəcək, ailələrdə sevinc yaşanacaq”.


Müəllif: Cavad