24 May 2018 14:27
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-də İsveç parlamentində Güney Azərbaycan İstiqlalçilar Birliyinin (GAİB) təşəbbüsü ilə 22 May Xordat hərəkatinin ildonümü ilə bağlı “Güney Azərbaycan problemləri və istiqlala gedən yol” adlı konfrans keçrilib. Qeyd edək ki, GAİB GAİP, GADP, GAMYH siyasi təşkilatlarinin yaratdiği birlikdir.

Teleqraf.com xəbər verir ki, konfransda İranda yaşayan qeyri-fars millətlərin təşkilat rəhbərlərindən ərəb, bəluc, türkmənlərlə yanaşi İraq, Suriya,Yəmən təşkilatlarının da nümayəndələri iştirak edib. Toplantıda İsveç parlamentinin Modorat Partiyasindan millət vəkili Cecilla Magnusson çıxış edib. Parlament üzvü GAİB-in təşəbbüsünü müsbət qiymətləndirərək təşkilatin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatirladaq ki, GAİB bundan öncə də Stokholmda Güney Azərbaycan məsələsi ilə bağlı konfrans təşkil edib. Mayın 21-də isə qurumun rəhbərliyi İsveçin Xarici İşlər nazirliyində görüşlər keçirib.


Müəllif: Teleqraf.com