25 May 2018 10:55
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayır.

Teleqraf.com xəbər verir ki, sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edəcək.

Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaq.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.


Müəllif: Cavad