28 May 2018 13:12
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hüquq-mühafizə orqanları Atatürkçü Düşüncə Dərnəyinə (ADD) qarşı cinayət işi açacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

Qeyd edək ki, ADD ötən gün tvitter hesabında belə bir status paylaşıb: “Türk Silahlı Qüvvələri yarım əsr əvvəl konstitusiya və qanunlardan kənara çıxan siyasi iqtidar əleyhinə qalxıb, hakimiyyətə qarşı müqavimət haqqından istifadə edərək ölkədə hakimiyyətə əl qoyub. Ordunun arxasında millətin dəstəyi olub”.

Daxili işlər naziri deyib ki, ADD-nin sosial şəbəkədəki paylaşdığı statusla bağlı nazirlik araşdırma aparır: “Biz bununla bağlı cinayət işi açacağıq”.


Müəllif: Cavad