23 İyun 2014 15:10
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 aprel 2014-cü il tarixdə elan edilmiş Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 250 yer üçün 790 nəfər ərizə ilə müraciət edib. Həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 231 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər.

Teleqraf.com-un məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev məlumat verib.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizinin Dövlət Sosial Müdafiə Fondunda çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayan Elman Mehdiyev diqqətə çatdırıb ki, DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir.

2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Naibə


Müəllif: