1 İyul 2016 16:01

Azadlıq Partiyasının sədri Əhməd Orucun oğlu yeni riyazı düstur kəşf edib.

Bu barədə Teleqraf.com-a partiya sədrinin özü məlumat verib: “Atam Abdul müəllim ölkənin ən tanınmış riyaziyyat müəllimlərindən olub. Tovuz və Qazaxda dərs dediyi 500-dən çox şagird Azərbaycanın, eləcə də digər ölkələrin ali məktəblərini bitirib. Atamın adını daşıyan oğlum Abdul Türksoy yeni riyazi düstur kəşf edib və müəlliflik sertifikatı alıb. Bütün valideynlərə övladı ilə qürur duymasını arzulayıram”.

Partiya sədrinin oğlu Abdul Türksoy isə kəşfi haqqında bunları deyib: “Mənim yeni yaratdığım riyazi düstur dövlət qeydiyyatından keçib və həmin düstura müəlliflik hüququ almışam. Dünyada bu günə kimi digər sahələrdə bir çox riyazi düsturlar olsa da, təqvimin hesablanması ilə bağlı ilk düsturu yaratdığım üçün riyaziyyatçı qanını daşıdığım soyuma borcluyam. İlk öncə hörmətli və dəyərli müəllimim, kitablarından bəhrələndiyim Malik Aranlıya dərin təşəkkürümü bildirirəm. Məntiq elminin inkişafında böyük rolu olmuş müəllimdir”.

Nemət


Müəllif:
Загрузка...