1 İyul 2016 16:15
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində Məzun günü keçirilib.

BDU-dan Teleqraf.com-a verilən məlumata görə, tədbir rektor Abel Məhərrəmov əlamətdar gün münasibətilə məzunları təbrik edib.

Bu il universiteti 4000-dək məzunun bitirdiyini, onlardan təxminən 400 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü bildirən rektorun sözlərindən məlum olub ki, BDU məzunları bu il də magistratura imtahanlarında yüksək göstəricilərə malik olub, bu ali məktəb dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings 2015/2016” reytinqində 701+, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində isə 88-ci yerdə qərarlaşıb.

Sonra universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edildikdən sonra rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu oxunub.

Tədbir konsert proqramı ilə davam edib.

İlhamə ƏBÜLFƏT


Müəllif: