22 Aprel 2014 12:23
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 22-dən 24-dək “Jurnalistika” ixtisası üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar imtahan verəcəklər.

Qabiliyyət imtahanı İmtahan komissiyanın binasında keçirilir.

Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər.

Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb.

NİGAR


Müəllif: