3 İyul 2016 12:50
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş radaktoru Leyla Əliyevanın ad günüdür.

Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva rəsmi "İnstagram" səhifəsində ad günü ilə bağlı yeni şeirini təqdim edib.

Qeyd edək ki, Leyla Əliyeva 1985-ci il iyulun 3-də Moskvada anadan olub. 2000-ci ildə Bakıda 160 saylı tam orta məktəbi bitirib. Həmin il Avropa Biznes Məktəbinə daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-cı ildən 2008-ci ilə qədər Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsində dünya siyasəti üzrə magistr pilləsi üzrə təhsil alıb.

2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri və "Baku" jurnalının təsisçisi və baş redaktorudur. 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədridir.

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə, 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub. 2015-ci ildə Rusiya prezidenti Vladimir Putin Leyla Əliyevanı Puşkin medalı ilə təltif edib.

Bildirək ki, Leyla Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var.

Leyla Əliyevanın rəsmi "İnstagram" səhifəsində ad günü ilə bağlı paylaşdığı şeirini təqdim edirik:

Я поем здесь, далеко не уйдешь!
Я поем, ходь далеко идти все а силах!
Еда приятней же на вкус, чем ложь,
Что возразишь на эти строки, милый?
Что стряслось? Нет, ничего, все на месте!
Все, как всегда, на месте! Что стряслось?
Я поем, полнеть не страшно, как невесте.
Пусть глотку сплетен разрывает гвоздь!
Я поем! Пока мою тарелку не забрали!
А вдруг ее внезапно заберут?
Я поем, сожру все время для печали!
А огурцы бакинские не лгут!
Ой стихи! стихи, стихи, стихи, стихи-стихами!
А что друзья сказали за столом.
Не подружившись с терпеливыми часами!
Как егоистка, снова о своем!
A поем! Да кстати, день рождение,
Сказали, скоро обещал он наступить!
Но не поем, клубничново варенья,
Чтобы фигуру к лету сохранить!

Rəqsanə


Müəllif: