3 İyul 2016 17:12
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 15:50-də Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda qəza baş verib.

APA-nın məlumatına görə, Dövlət Yol Polisi əməkdaşlarının olduğu "99 YP 734" dövlət nömrə nişanlı BMW markalı avtomobillə "06 BE 009" dövlət nömrə nişanlı "Audi" markalı minik avtomobili toqquşub.


Qəza nəticəsində "99 YP 734" dövlət nömrə nişanlı BMW markalı avtomobil yararsız vəziyyətə düşüb. "Audi" markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur.


Müəllif: