4 İyul 2016 00:00
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin, bu gün fikriniz "Bağdadda xurma dərir".

Buğa - hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir. Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox xoş hədiyyələr ala bilərsiniz.

Əkizlər - yeniliklərdən qorxmayan, eksperiment, kəşf etməyi xoşlayan Şirlər üçün əla gündür. Bu bürcün nümayəndələri işdə təqdirəlayiq cəsarət göstərir və karyerada irəliləmək üçün yaxşı zəmin hazırlayırlar. Təşkilati bacarıqlarınızı daha parlaq nüumayiş etdirməyə çalışın, göstərin ki, nəinki əla iş icraçısı, eyni zamanda gözəl rəhbərsiniz.

Xərçəng - şəxsi həyatınızda isə, əksinə, başqalarına təşəbbüs göstərməyə imkan yaradın. Bu gün, nəhayət, ətrafınızdakıların sizə necə münasibət bsələdiklərini ayırd edəcək və gələcək üçün planlarınızı dəqiqləşdirəcəksiniz.

Şir - entuziazmınız aşıb-daşır, enerjiniz çoxdur, bir yerdə qərar tuta bilmirsiniz. Hansı işdən yapışırlar-yapışsınlar, Şirlər bu gün öz işgüzarlıqları ilə bədbinləşən insanlara ilham verirlər. Müxtəlif səbəblərdən əzab çəkənlər bu gün gəlib sizi tapırlar, sizin də onlara təskinlik verərək, inamlarını artırmaq üçün qüvvəniz yetir.

Qız - öz enerjinizlə bölüşərək verdiyinizin qarşılığını ikiqat alırsınız. Həm özünüzlə, həm ətraf aləmlə tam ahəngdarlıq yaşayırsınız. Bu, həm müxtəlif həzzləri dadmağa, həm də yaradıcı potensialınızın artmasına rəvac verir.

Tərəzi - yoxlamalara, nüfuzlu şəxslər tərəfindən ciddi nəzarətə hazır olun. Bütün səhvlərinizi görəcək, ortaya çıxaracaqlar. Nailiyyətləriniz də diqqətdən kənarda qalmayacaq, ancaq onlara görə mükafatlarınızı xeyli gözləməli olacaqsınız. Vacib danışıqları təxirə salın, uzunmüddətli müqavilələr imzalamayın.

Əqrəb - boynunuza heç cür yerinə yetitrə bilməyəcəyiniz öhdəliklər götürmək riskiniz var. Çoxlu sayda məsləhət alırsınız, amma onlara əməl etmək elə də asan deyil. Mübahisələrdən qaçın, öz bildiyiniz kimi hərəkət etməyə çalışın, təcrübənizə güvənin.

Oxatan - rəhbər kimi tapşırıq verəndən sonra müşahidə və nəzarət etməyi də unutmayın. Sizinlə yaxından tanış olmaq və tezliklə ailə qurmaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Amma tələsməyin, sizi maraqlandıra bilmiş insanın məqsədlərini özünüz üçün dəqiq təyin edin.

Oğlaq - hətta ən darıxdırıcı iş sizə maraqlı gəlir. Bir işə əl atan kimi də həmən sizə kömək etmək, hətta sizin yerinizə işləmək istəyənlərin sayı artır. İmtina etməyin. Amma bir məqamı da unutmayın: əlinizi işdən soyudub aralanan kimi, "köməkçiləriniz" də ardınızca gələcəklər.

Dolça - doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.

Balıqlar - sözlərinizdə diqqətli olun. Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın.


Müəllif: