4 İyul 2016 14:59
266

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, bu imtahanlarda 104 min 476 nəfər IX sinif şagirdi, 84 min 589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verən şagirdlərin Azərbaycan dili fənnindən 20 min 911 nəfər "2" (iki), 13 min 694 nəfəri "5" (beş) , riyaziyyat fənni üzrə 26 min 438 nəfəri "2" (iki) , 18 min 940 nəfəri isə "5" (beş) qiymət alıb.

XI siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında isə Azərbaycan dili fənnindən 15 min 486 nəfər "2" (iki) , 16 min 512 nəfər "5" ( beş), riyaziyyat fənnindən 16 min 38 nəfər "2" ( iki) , 17 min 26 nəfər "5" ( beş), xarici dil fənnindən 19 min 908 nəfər "2" ( iki), 17 min 11 nəfər "5" (beş) , kimya fənnindən isə 186 nəfər "2" (iki) , 42 nəfər isə "5" ( beş) qiymət alıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: