5 İyul 2016 15:47
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsini başlayandan indiyədək 152 min 659 şəxs müayinədən keçib”.

Bunu Teleqraf.com-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva açıqlamasında deyib.

İnstitut direktorunun sözlərinə görə, həmin şəxslərdən 7503 nəfər talassemiya daşıyıcısı aşkarlanıb: “507 nəfər sifilis, 97 nəfər QİCS tapılıb. 58 cütlükdə talassemiya daşıyıcısı aşkarlanıb. 20 nəfər hamilə müraciət edib. Valideyn olacaq şəxslərdə institutda genetik müayinə aparırıq. Hansı xromosom səviyyəsində dəyişiklik olduğunu aşkarlayırıq. Daha sonra doğulacaq uşağı 12-18 həftəliyində dölyanı müayinə götürülür və genetik analiz aparılır. Müayinə olunanlardan yalnız iki nəfər uşaqda xəstəlik aşkarlanıb”.


Zöhrə Əlimirzəyeva deyir ki, müayinələr başlayan zamandan 5-6 nəfər evlilikdən imtina edir: “2 uşaqda xəstəlik aşkarlandı və ana olacaq qadınlar hamiləliyi dayandırdılar. Daşıyıcı praktiki sağlam adam olduğu üçün doğulması heç bir problem yaratmır. Yalnız daşıyıcılar evlənəndə xəstə uşağın 25 faiz xəstə doğulma riski var. Buna görə müayinələr aparılır ki, talassemiyalı uşaqların doğulmasının qarşısı alınsın”.

İnstitut direktoru qeyd edib ki, xəstəlik aşkarlanan cütlüklərə barədə müvafiq mərkəzlərə məlumat verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: