5 İyul 2016 16:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən 11050 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən ötən dövrdə 43779 nəfər ailə üzvünü əhatə edən 11050 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyinatı aparılıb.

Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edirlər. Müraciət qeydiyyata alındıqdan sonra ailələri təmsil edən şəxsin, yəni təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrindən birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Həmin tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab edilir.

Hazırda respublika üzrə 532 min 373 nəfər ailə üzvünü əhatə edən 124 min 320 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği 151 manatdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...