5 İyul 2016 18:02
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lider Cola” şirkətinin istehsal fabrikində partlayış zamanı ətrafdakı bir neçə evə ziyan dəyib.

Bu barədə Teleqraf.com-a şirkətin əməkdaşı məlumat verib.

Şirkət əməkdaşının sözlərinə görə, araşdırmalardan sonra məlum olub ki, ziyan görmüş evlərin sayı 5-dir: “Evlərin pəncərələri qırılıb, dam örtüyü tökülüb. FHN-ə məlumat verilib və qeydiyyata alınıblar. Evlərə ziyan dəysə də, şükür edirik ki, insan tələfatı yoxdur”.

Əməkdaş onu da qeyd edib ki, şirkətin istehsalat binasındakı avadanlıqlar yararsız hala düşüb: “Binanın şüşələri qırılıb. Ciddi ziyan dəyib. Fabrikdə olan avadanlıqlara baxış keçirildikdən sonra onlara nə qədər zərər dəydiyi bilinəcək”.

Bu gecə saat 3 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində fəaliyyət göstərən “Lider Cola” şirkətinin istehsal fabrikində güclü partlayış baş verib. Hadisə müəssisənin sexində sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin birinin partlaması nəticəsində baş verib.

İlkin məlumatlarda 2 evə ziyan dəydiyi bildirilirdi.

İlhamə ƏBÜLFƏT


Müəllif: