5 İyul 2016 19:11
235

Tanınmış telejurnalist Mais Ağayevə vəzifə verilib.

Teleqraf.com aktual.az-a istinadən xəbər verir ki, M.Ağayev Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbərinin müavini təyin edilib. Jurnalist xəbəri təsdiqləyib.

Xatırladaq ki, Mais Ağayev İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışırdı. "Carçı region"un aparıcısı idi. O, ötən həftə yeni təyinatı ilə əlaqədar 10 il çalışdığı İctimai Televiziyadan ayrılıb.


Müəllif: