6 İyul 2016 10:18

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2016-cı il tarixində Ucar şəhərində Heydər Əliyev Mərkəzində saat 10.00-dan vətəndaşların qəbulu keçiriləcək.


Fövqəladə Hallar Nazirliyinin (FHN) qəbulda Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.


Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.


Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) 7 iyul 2016-cı il tarixində saat 09.00-da başlayacaq.


Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Müəllif: