6 İyul 2016 16:47
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır.

Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.


Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq.

Bəkir


Müəllif: