8 İyul 2016 13:35
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 9-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək aşağı enəcək.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyulun 9-u axşamdan 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

İlhamə ƏBÜLFƏT


Müəllif: