8 İyul 2016 17:15
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Ana dilimiz – milli varlığımız” adlı növbəti toplantı keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbir iştirakçıları universitetlərin tələbələri və gənc elmi işçilər olub.

Toplantını giriş sözü ilə açan Humanitar Araşdırmalar İctimai Birliyinin sədri, dosent Nurlanə Mustafayeva bildirib ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir. “Dövlət və ana dilimiz olan Azərbaycan dili özünün gözəlliyi, dolğunluğu və şirinliyi ilə seçilir. Azərbaycan dili zəngin, çətin və mürəkkəb bir tarixi yol qət etib”.

Təlim-konfransda AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov uzun müddət imperiyaların əsarətində olduğumuz üçün zaman-zaman dil sevgisinin arxa plana keçdiyini, bu baxımdan milli-mənəvi dəyərlərimizin qorunmasında atılan hər bir addımın çox vacib olduğunu vurğulayıb. Azərbaycan dilinin keçdiyi 50-60-cı illər, 1993-2003, 2003-cü ildən günümüzə qədər tarixi mərhələnin izahını verib.

Təlimçi eyni zamanda Dilçilik İnstitutunun Monitorinq şöbəsinin hazırda dillə bağlı layihələrindən bəhs edib.

Səxavət


Müəllif: