8 İyul 2016 20:51
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidməti Azərbaycan ərazisində 10 gündən çox müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün qeydiyyat prosesini sadələşdirib.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xidmətin təqdim etdiyi “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı xidmət elektron hökumət portalına inteqrasiya edilib.

Xidmət qeydiyyatsızdır, yəni xidmətdən istifadə etmək üçün portaldan qeydiyyatdan keçmək tələb olunmur. Sadəcə e-gov.az elektron ünvanına daxil olub, elektron xidmətlər içərisindən Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısından “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” xidmətini seçmək lazımdır.

Xatırladaq ki, xidmət Azərbaycan, ingilis və rus dilində təqdim edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə hüquqi şəxslər tərəfindən qeydiyyatı isə fiziki şəxslərin həyata keçirdiyi qaydada aparılır.


Müəllif: