9 İyul 2016 13:47

Təhsil sənədlərinin tanınması üzrə cari ildə Təhsil Nazirliyinə 4714 müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin hesabatında məlumat verilib.

Nazirliyə daxil olan 4714 müraciətdən 1224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərar qəbul olunub. 2919 müraciət isə baxılma mərhələsindədir.

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...