12 İyul 2016 15:05
995

Türkiyədə yaşayan tanınmış azərbaycanlı ictimai-siyasi xadim Xanım Xəlilova feysbuk profilində maraqlı video paylaşıb.

Teleqraf.com xəbər verir ki, Qardaşlıq, Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən İsparta şəhərinin Sücüllü qəsəbəsində türkmən toyuna qatılan Xanım Xəlilova hər kəsdə xoş təəssürat və maraq yaradan Qafqaz rəqsi ilə diqqəti çəkib.

Xanım Xəlilova bizimlə söhbətdə deyib ki, bu, biz bildiyimiz toy mərasimi deyil: “Orada iki gün yörük türkmənlərin toplantısı və terrora qarşı etiraz yürüşü keçirildi. Sonra şeir söylədilər, oxudular. Konfrans da keçirildi. Mən də burada çıxış etdim. Məndən xahiş etdilər ki, Qafqaz rəqsi oynayım, onları qırmadım və oynadım”.

Nemət


Müəllif: