12 İyul 2016 16:29

Kənd Təsərrüfatı Nazirliyi sahələrdə dərmanlama işlərini bitki mühafizə mütəxəssislərinin təlimatları əsasında aparmağı tövsiyə edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fermerlərin Sabirabadda pambıq zərərvericilərinə qarşı istifadə etdikləri dərmanların keyfiyyətindən şikayətləri ilə bağlı araşdırma aparılıb.

DFNX Sabirabad Rayon Bitki Mühafizə Mərkəzi və rayonunun Zəngənə və Yolçubəyi kəndlərinin əkin sahələrinə baxış keçiriblər.

Sabirabad Rayonlarası Bioloji Laboratoriyasının müdiri Elçin Əhmədov 100 bitkidə 2-3 yumurta, 1-2 tırtıl, 7-8 ədəd xeyirli həşərat olan Qızılgöz entomofaqının yumurtasının olduğunu müəyyən edib və pambıq sovkasının 100 bitkidə sayının iqtisadi ziyanvermə həddinə çatmadığı üçün kimyəvi mübarizənin aparılmasına ehtiyac olmaması barədə pambıq qəbulu məntəqələrinə məlumat verib.

Baxış zamanı aydın olub ki, iyulun 7-də 4 hektar pambıq sahəsində tətbiq edilən “Emerabano 05 WG” (5%li Emamektin Benzoate) preparatından hər hektara 0.4-0.5 kq istifadə olunacağı halda, hər hektara 0.3 kq istifadə olunub. Dərmanlanma işi sovkanın iqtisadi ziyanvurma həddi nəzərə alınmadan həyata keçirilib. Eyni zamanda, adıçəkilən preparatdan sahə yoxlanılmadan, küləkli şəraitdə və göstərilən normadan az istifadə olunub. Bundan başqa, digər pambıq sahələrinə də baxış keçirilib və sahələrin dərman preparatından və sovkadan ziyan çəkmədiyi müəyyən olunub.


Müəllif:
Загрузка...