12 İyul 2016 17:11

Bu gün saat 16:30 radələrində metronun "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində 39 saylı marşrut üzrə hərəkət edən qatarda tüstülənmə baş verib.

Məsələ ilə bağlı Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib.

Nəsimi Paşayevin sözlərinə görə, 39 saylı marşrut üzrə hərəkət edən qatarın son vaqonunda nasazlıq olub: “Ciddi bir şey yoxdur. Qatarda nasazlıq baş verib. Hazırda qatarı xətdən çıxarılıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...