12 İyul 2016 17:45
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC İctimai Nəzarət Şurası” yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, UNEC-in Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov bildirib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, Təhsil nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 11 may 2016-cı il tarixli 279 nömrəli əmri və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq “UNEC İctimai Nəzarət Şurası” yaradılıb.

“İctimai Nəzarət Şurası”nın koordinatoru Etibar Əliyev bildirib ki, Şura üzvləri 1 iyun - 4 iyul tarixlərində yay imtahan sessiyasının monitorinqini apararaq, UNEC-in “Qaynar xətt” və Apellyasiya Komissiyasının işinə nəzarəti təşkil edib, tələbələrlə fərdi söhbətlər aparıb, ali məktəbdə keçirilən “Açıq qapı”da iştirak ediblər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən qısa zaman ərzində araşdırılaraq, operativ tədbirlərin görülməsi üçün universitet rəhbərliyinə ünvanlanıb. Şura, həmçinin Maliyyə-İqtisad kollecində keçirilən imtahanlara da nəzarət edib. Hazırda tətbiq olunan imtahan metodu vaxtı ilə kollecdə sessiya zamanı yol verilən ciddi nöqsanların aradan qaldırılmasına xidmət edir.

Bildirilib ki, imtahan sessiyasında 12 min tələbə iştirak edib. İmtahan müddətində Apellyasiya Komissiyasına 3500 müraciət daxil olub. Müraciətlərin 1400-ü müsbət həllini tapıb. 1200 müraciətə isə mənfi cavab verilib. 900 müraciət isə baxılma mərhələsindədir.


Müəllif: