13 İyul 2016 11:41
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti "Farnborough Airshow - 2016" aviasalonu çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə mühüm razılaşmalar əldə ediblər.

“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonunda iştirak ediblər.
AZAL-dan Telerqraf.com-a verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparılıb.

"Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunub.
Cahangir Əsgərov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov arasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb.

Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni МС-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalanıb. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.

Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan Аn-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb.

Cahangir Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) Prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni Silk Way Holdingin Prezidenti Zaur Axundov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov imzalayıb.

"Аn-124-100 (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək.

İlhamə


Müəllif: