22 Aprel 2014 12:47
3 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” standartının yenilənmiş variantının tətbiqi istiqamətində informasiya təhlükəsizliyinin idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlər keçirilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təlimlərin təşkilatçıları Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) və Britaniya Standartlar İnstitutudur (BSİ).

Məlumatda qeyd olunur ki, informasiya təhlükəsizliyinin idarəetmə sistemi mühüm əhəmiyyət kəsb edən informasiya aktivlərinin qorunması istiqamətində idarəolunan yanaşmadır və bu yanaşma İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartın tətbiqi ilə həyata keçirilir.
Bu sistem informasiya təhlükəsizliyi üzrə adekvat nəzarətin təmin olunmasında insanların və proseslərin inteqrasiyasını tam əks etdirir. Bu standart ilk dəfə olaraq BSİ tərəfindən 1995-ci ildə BS 7799 nömrəsi ilə təsdiq olunub.

Dörd günlük təlimlər aprelin 24-də yekunlaşacaq.

Naibə


Müəllif: