13 İyul 2016 23:45

“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailə münasibətlərində uşaqların rolu” mövzusunda növbəti təlimini həyata keçirib.

AzNews.az xəbər verir ki, 15 saylı Bakı Peşə Liseyində keçirilən təlimi çıxış sözü ilə açan İctimai Birliyin sədri Şəkər xanım Əliyeva ilk öncə təlim iştirakçılarını salamlayıb, onlara təlimçiləri təqdim edib və qısa çəkildə layihə, layihənin məqsədi və donoru haqda təlim iştirakçılarına məlumat verib.

Təlimçi ekspert Gülər Adıgözəlzadə “Ailə tərbiyəsi və milli-mənəvi dəyərlər” mövzusunda çıxış edərək uşağın düzgün tərbiyə edilməsinə təsir göstərən amillər və milli-mənəvi dəyərlər haqda məlumat verib.

Daha sonra çıxış edən psixoloq Mehriban Qaffarova “Uşaq neçə tərbiyə olunmalıdır?” mövzusunda gəncləri məlumatlandırıb. Psixoloqun verdiyi məlumatlar böyük marağa səbəb olub.

Təlimi davam etdirən hüquqşünas Nərminə Qəribova “Ailə münaqişələrində zərərçəkən uşaqlar” mövzusunda çıxış edərək məsələyə hüquqi aspektdən aydınlıq gətirib və təlim iştirakçılarının suallarını cavablandırıb.

Təlimin sonunda İctimai Birliyin sədri Şəkərxanım Əliyeva 15 saylı Bakı Peşə Liseyinin direktoru Rəna xanım Qurbanovaya göstərilən texniki dəstəyə görə öz təşəkkürünü bildirib. Təlim diskusiya ilə başa çatıb.


Müəllif:
Загрузка...