14 İyul 2016 11:06
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayı ərzində 10, 298, 732 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 976 ədəd PHS və 1 ədəd tank əleyhinə və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 374, 101, 116 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 720, 298-dir.

İyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

İyun ayı ərzində 1 (bir) mina/PHS hadisəsi qeydə alınıb.


Müəllif: