14 İyul 2016 11:37
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstənilən qurumun rəhbəri təyinatından dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur, yəqin ki, hər hansı dəyişiklik həyata keçirmək labüd olur”.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

Rektorun sölərinə görə, BSU-da yeniliklər gözlənilir: “Elə bir dövrdə yaşayırıq ki, yeniliklər hər gün bizi izləyir. Çünki dünyaya inteqrasiya olunuruq. Ona görə yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik”.

O, həmçinin BSU-da ciddi kadr islahatı ilə bağlı suala da aydınlıq gətirib: “Ciddi kadr islahatı deməzdim, amma kadr islahatları aparılacaq”.

Nurlana Əliyeva deyib ki, BSU-da müəllim və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur: “Əslində müəllimin şəxsiyyəti zahiri görkəmindən başlayır. Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-biirnə uyğun olmalıdır. Müəllimin zahirinə baxan bilməlidir ki, bu adam müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlər ilə diqqəti cəlb etməməlidir. Özünün səliqəsi, səhmanı və ciddiliyi ilə diqqətə çıxmalıdır.

Tələbənin geyimi də tədrisə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyi, harda iştirak etdiyi, kim olduğu görünsün”.

Qeyd edək ki, mətbuatda BSU-nun yeni təyin edilmiş rektorunun müəllim və tələbələrin geyimində forma tələb etməsi ilə bağlı məlumatlar yayılmışdı.

İlhamə ƏBÜLFƏT


Müəllif: