14 İyul 2016 12:59

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, əsas məqsəd məktəbəqədər təhsilin ölkənin 90 faizini əhatə etməsidir: “Bu gün göstərici 20 faizdən aşağıdır. Son illər ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin bütün regionlarında uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri tikilib. Qanunvericiliyə xüsusi dəyişiklər edilib. Nazirlik iki il bundan əvvəl Bakı məktəblərində pullu məktəbəqədər hazırlıq kursları təşkil edib. Bu kursların ödənişli olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə hər hansı vəsaitin nəzərdə tutulmamasıdır. Uşaq bağçaları isə yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir”.

Nazir son iki ildə tətbiq edilən məktəbəqədər hazırlıq kursları layihəsinin uğurlu olduğunu deyib:
“Minlərlə vətəndaş öz uşaqlarını həmin kurslara cəlb edib. Bu da öz növbəsində həmin uşaqların məktəb göstəricilərinə müsbət təsir göstərir. Belə trendi müşahidə edərək Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Məsələləri üzrə Dövlət Komissiyası bunun ölkə üzrə tətbiq edilməsini müzakirə edib Nazirlər Kabineti qarşısında məsələ qaldırdıq. Bu layihənin ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına hər bir vətəndaşın uşağı üçün təmin olunmasına qərar verildi. Bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq ki, hansı məktəblərdə maddi-texniki baza imkan verirsə, orada tətbiq edək. Məlumdur ki, bir sıra məktəblərdə maddi texniki-baza yaxşılaşdırılıb və həmin məktəblərdə ödənişsiz kurslar təşkil ediləcək. Nəticədə məktəbəqədər təhsilin əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə qalxacaq. Bu layihə tamamilə könüllüdür. İstənilən valideyn öz övladını məktəbəqədər təhsilə cəlb edə bilər. Onlar belə bir qərar verdiyi təqdirdə uşaqların təhsili dövlət tərəfindən təmin olunacaq”.

İlhamə


Müəllif: