14 İyul 2016 17:00
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi vətəndaş Qəmbərov Nizami Fəxrəddin oğlunun istixanasında yoxlama keçirib.

DFNX-in mətbuat katibliyinin verdiyi məlumata görə, müayinələr zamanı pomidorun tərkibində supermetrin adlı maddənin normadan çox olduğu aşkar olunub.

Buna görə də ümumi çəkisi 500 kq olan pomidorun istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul 14 iyul 2016-cı il tarixdə "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda məhv edilib.

Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: